Missiyamız

Gələcəyin memarları olan gəncləri milli-mənəvi dəyərlərimizə sadiq, sosial aktiv, təşəbbüskar, ünsiyyətcil və həll yönümlü fərdlər kimi yetişdirməkdir. Bu gənclər həm ailə dəyərlərinə bağlı, həm də vətənpərvər olmaqla yanaşı, müasir dünya çağırışlarına cavab verə biləcək bilik və bacarıqlara malik olacaqlar.

Missiyamız

Dəyərlərimiz

Dürüstlük və şəffaflığa ən yüksək səviyyədə riayət edin və qoruyun.

Şagirdlərə ən yaxşı tərəflərini inkişaf etdirmələrinə şans verin

İstedadlı həmkarlar üçün yol göstərici olun

Vizyonumuz

Milli-mənəvi dəyərlərimizi qoruyaraq müasir dünya standartlarına uyğun təhsil verən, yüksək texnoloji infrastruktura malik və beynəlxalq səviyyədə tanınan təhsil ocağı olmaqdır. Liseyimizin şagirdləri milli irsə bağlı, qlobal düşüncə tərzinə sahib, yaradıcı və liderlik bacarıqları ilə seçilən gənclər kimi formalaşacaqlar.

Tədris metodikamız

Təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə Kembric Beynəlxalq kurikulumuna əsaslanır. Hazırda dünyanın bir sıra təhsil müəssisələrində təlim və tədris metodikası kimi tətbiq olunan SEL və Kembric sistemləri şagirdlərin təhsil həyatları ilə yanaşı, gələcək karyeralarında da müsbət təsirini əyani olaraq sübut etmişdir. Bəs SEL və Kembric metodikası nədir?
Tədris metodikası

Üstünlüklərimiz

FAQ

SİMURQ Liseyində təhsil haqqı növbə və bölmələrdən asılı olaraq əsaslı şəkildə dəyişir. Daha ətraflı məlumatı liseyə yaxınlaşaraq və ya +994 12 491 30 30 nömrəsi ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.

Aşağıdakı cədvəldə tətbiq olunan endirimlər göstərilmişdir:

  • Ailə endirimi (bir ailədən 2-ci və daha artıq uşaq üçün 5% endirim tətbiq olunur).
  • Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan (atası şəhid və ya qazi olan) şagirdlərin təhsil haqqına fərdi endirim tətbiq olunur.
  • 2025/2026 tədris ili üzrə liseyə yeni qəbul olan şagirdlər üçün 10 gün ərzində təhsil haqqı tam şəkildə ödənilərsə 10% endirim tətbiq olunur.

SİMURQ Liseyində ilkin ödəniş haqqı vardır (ödənişlər bölmələrə və növbəyə görə dəyişir).

SİMURQ Liseyinə səfər etmək və direktorla görüş üçün +994 12 491 30 30 nömrəli telefonla gün və saat təyin etməlisiniz. İstəyinizə əsasən (sinifdə yer olarsa) övladınıza Liseydə ödənişsiz sınaq günü də təyin etmək olar.

SİMURQ Liseyində məktəbli geyim standartı vardır. Məktəbin fərdi rənglərinə uyğun oğlanlar və qızlar üçün hazırlanmış forma mövcuddur. Şagirdlər Liseyə forma ilə gəlməlidirlər. Üst geyimi Lisey tərəfindən ödənişli əsaslarla valideynlərə təqdim olunur, şalvar geyimi isə sərbəst seçim əsasında həm qızlar, həm də oğlanlar üçün tünd rəngdə olaraq müəyyən olunmuşdur.

SİMURQ Liseyi xüsusi olaraq müstəqil binada yerləşir, girişdə fərdi identifikasiya vasitələri olan turniketlər mövcuddur ki, bu da uşaqların tədrisi üçün təhlükəsiz və rahat şərait yaradır. Liseyimiz rahat sinif otaqları, idman və akt zalı, istirahət guşələri, oyun zonası olan həyətlə təchiz olunmuşdur. Geniş məktəb ərazisində 24 saat mühafizə, video nəzarət sistemi mövcuddur.

Filiallarımız

Ünvan

Bizimlə qalın

 

Ünvan

Bizimlə qalın

Ünvan

Bizimlə qalın