Direktordan salam
Direktordan salam
Salam!
Mən, Tural Abasquliyev, hər bir uşağın potensial parıltısını üzə çıxaracaq yeni özəl məktəb SİMURQ Liseyinin direktoruyam.
Bu təhsil ocağında xüsusi metodikaya əsaslanan tədrisin standart dərslik və test tapşırıqları həllinə nisbətən daha üstün olduğuna inanıram. Bu isə öz növbəsində şagirdlərin daimi inkişafda olan cəmiyyətdə daha özgüvənli gənclər və peşəkar kadrlara çevrilməsinə şərait yaradacaq.
Təlim fəlsəfəmizin mərkəzində Sosial Emosional Öyrənmə (SEL) durur. Biz SİMURQ komandası olaraq, bu metodikanı tədrisdə vacib amil kimi qəbul edirik, çünki SEL ilə təlim keçmiş şagirdlər daha nizamlı, möhkəm iradəli, həmçinin sərbəst qərar verəcək güclü liderlərə çevirilirlər. Bu metod dünyanın 150-dən çox ölkəsində tətbiq olunur və öz nəticəsini hər il daha da çox göstərir.
SİMURQ Liseyində sizi nə gözləyir?
- Şagirdlərin fikirlərinə hörmət edildiyi, dəstək olunduğu və özlərini ən yaxşı formada ifadə edə biləcəkləri sağlam mühit.
- Müəllimlər tərəfindən şagirdlərə daimi empati duyğusu və təmənnasız dəstək.
- Şagirdlərə standart öyrənməni deyil, daha maraqlı məlumatlar əsasında mənimsəməni təmin etmək.
- Düzgün düşünmə və sevgi ilə yanaşmanın təbliği.
- Komanda ruhunun formalaşdırılmasına yönəlmiş təlimlər.
- Şagirdlərə standart öyrənməni deyil, daha maraqlı məlumatlar əsasında mənimsəməni təmin etmək.
- Təhlükəsiz şərait.
Əminəm ki, SİMURQ Liseyi təhsil sahəsində bir çox yeniliklərə yol açacaq təməl layihə olacaq.
Hər kəsə əlçatan özəl təhsil!
Uğurlar!