Qəbul başladı!
Tədris proqramlarımız, peşəkar müəllim heyətimiz və innovativ yanaşmalarımızla sizə uğurlu gələcək qurmaqda dəstək oluruq. Övladlarınızın gələcəyini bizimlə formalaşdırmaq və yeni imkanlar dünyasına qapı açmaq üçün qəbul prosesinə indi başlayın!
Hər kəsə əlçatan özəl təhsil!
Biz, əlçatan qiymətlərlə yüksək səviyyəli tədris mühiti yaradır, hər bir şagirdin unikal potensialını üzə çıxarmaq üçün çalışırıq.
Missiyamız
Hər bir şagirdin tam potensialına çatması üçün onları doğru dəyərlər və 21-ci əsrin bilik və bacarıqları ilə yetişdirmək.
Dəyərlərimiz
- Dürüstlük
- Ədalət
- Hörmət
- Məsuliyyət
- Dayanıqlılıq
Vizyonumuz
Köklərinə bağlı, qlobal düşünən və davranan nəsil yetişdirmək.
Tədris metodikamız
Üstünlüklərimiz
FAQ
SİMURQ Liseyində təhsil haqqı növbə, bölmə və korpuslardan asılı olaraq əsaslı şəkildə dəyişir. Daha ətraflı məlumatı liseyə yaxınlaşaraq və ya +994 12 491 30 30 nömrəsi ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.
Aşağıdakı cədvəldə tətbiq olunan endirimlər göstərilmişdir:
- Ailə endirimi (bir ailədən 2-ci və daha artıq uşaq üçün 5% endirim tətbiq olunur).
- Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan (atası şəhid və ya qazi olan) şagirdlərin təhsil haqqına fərdi endirim tətbiq olunur.
SİMURQ Liseyində ilkin ödəniş haqqı vardır (ödənişlər korpus, bölmə və növbəyə görə dəyişir).
SİMURQ Liseyinə səfər etmək və direktorla görüş üçün +994 12 491 30 30 nömrəli telefonla gün və saat təyin etməlisiniz. İstəyinizə əsasən (sinifdə yer olarsa) övladınıza Liseydə ödənişsiz sınaq günü də təyin etmək olar.
SİMURQ Liseyində məktəbli geyim standartı vardır. Məktəbin fərdi rənglərinə uyğun oğlanlar və qızlar üçün hazırlanmış forma mövcuddur. Şagirdlər Liseyə forma ilə gəlməlidirlər. Üst geyimi Lisey tərəfindən ödənişli əsaslarla valideynlərə təqdim olunur, şalvar geyimi isə sərbəst seçim əsasında həm qızlar, həm də oğlanlar üçün tünd rəngdə olaraq müəyyən olunmuşdur.
SİMURQ Liseyi xüsusi olaraq müstəqil binada yerləşir, girişdə fərdi identifikasiya vasitələri olan turniketlər mövcuddur ki, bu da uşaqların tədrisi üçün təhlükəsiz və rahat şərait yaradır. Liseyimiz rahat sinif otaqları, idman və akt zalı, istirahət guşələri, oyun zonası olan həyətlə təchiz olunmuşdur. Geniş məktəb ərazisində 24 saat mühafizə, video nəzarət sistemi mövcuddur.
Korpuslarımız
Ünvan
- Xırdalan şəhəri, "Absheron City" Yaşayış Kompleksi - "Xırdalan" korpusu
- [email protected]
- +994 12 491 30 30
Bizimlə qalın
Ünvan
- Zabrat-Pirşağı yolu, "Xəzər Bağları" - "Zabrat" korpusu
- [email protected]
- +994 12 491 30 30
Bizimlə qalın