FAQ
FAQ
SİMURQ Liseyində təhsil haqqı növbə və bölmələrdən asılı olaraq əsaslı şəkildə dəyişir. Daha ətraflı məlumatı liseyə yaxınlaşaraq və ya +994 12 491 30 30 nömrəsi ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.
Aşağıdakı cədvəldə tətbiq olunan endirimlər göstərilmişdir:
- Ailə endirimi (bir ailədən 2-ci və daha artıq uşaq üçün 5% endirim tətbiq olunur).
- Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan (atası şəhid və ya qazi olan) şagirdlərin təhsil haqqına güzəşt tətbiq olunur. Qeydiyyat üçün əvvəlcə "simurqliseyi.az"da onlayn formanı doldurmalı, daha sonra bizimlə əlaqə saxlayaraq sosial vəziyyətinizlə bağlı məlumat verməyiniz xahiş olunur. Bildirmək istərdik ki, bu proqram üzrə yerlər məhdud saydadır.
- 2025/2026 tədris ili üzrə liseyə yeni qəbul olan şagirdlər üçün 10 gün ərzində təhsil haqqı tam şəkildə ödənilərsə 10% endirim tətbiq olunur.
SİMURQ Liseyinə səfər etmək və direktorla görüş üçün +994 12 491 30 30 nömrəsi ilə əlaqə saxlayaraq gün və saat təyin etməlisiniz. İstəyinizə əsasən (sinifdə yer olarsa), övladınıza liseydə ödənişsiz sınaq günü (2 gün) də təyin etmək mümkündür.
Bəli. Qəbul olmaq üçün imtahandan və müsahibədən uğurla keçməlisiniz.
- Məktəbəqədər və 1-ci sinfə uşaqlar psixoloq ilə müsahibə əsasında qəbul olunurlar.
- Məktəblilər 2-4 siniflərə test imtahanlarının nəticələrinə (riyaziyyat, ana dili, ingilis dili) əsasən qəbul olunurlar.
- Məktəblilər 5-8 siniflərə Dövlət Ümumtəhsil Proqramı çərçivəsində oxuduqları həcmdə akademik fənlər üzrə sınaq imtahanının nəticələrinə əsasən qəbul edilirlər. Testlər vasitəsilə ana dili, riyaziyyat və ingilis dilini səviyyəsi qiymətləndirilir.
- Boş yerlər olmadıqda, imtahandan uğurla keçmiş şagirdin məlumatları “gözləmə siyahısı”na əlavə edilir.
SİMURQ Liseyində ilkin ödəniş haqqı vardır (ödənişlər bölmə və növbəyə əsasən dəyişir).
Nəzərdə tutulan şagird sayımız maksimum 25 nəfərdir.
SİMURQ Liseyində məktəbli geyim standartı vardır. Məktəbin fərdi rənglərinə uyğun oğlanlar və qızlar üçün hazırlanmış forma mövcuddur. Şagirdlər liseyə forma ilə gəlməlidirlər. Üst geyimi lisey tərəfindən ödənişli əsaslarla valideynlərə təqdim olunur, şalvar geyimi isə sərbəst seçim əsasında həm qızlar, həm də oğlanlar üçün tünd rəngdə olaraq müəyyən olunmuşdur.
SİMURQ Liseyi xüsusi olaraq müstəqil binada yerləşir, girişdə fərdi identifikasiya vasitələri olan turniketlər mövcuddur ki, bu da uşaqların tədrisi üçün təhlükəsiz və rahat şərait yaradır. Liseyimiz rahat sinif otaqları, idman və akt zalı, istirahət guşələri, oyun zonası olan həyətlə təchiz olunmuşdur. Geniş məktəb ərazisində 24 saat mühafizə, video nəzarət sistemi mövcuddur.
SİMURQ Liseyinin Azərbaycan və Rus bölmələrinin şagirdlərinə bütün dərsliklər təhsil haqqına daxil olduğu üçün ödənişsiz təmin edilir. İngilis bölməsində dərsliklər valideynlər tərəfindən təmin edilməlidir. Müəllimlər şagirdlərə hər hansı əlavə tədris vəsaitləri almağı tövsiyə edə bilərlər. Bu hal barədə müəllimlər valideynləri öncədən məlumatlandırırlar.
SİMURQ Liseyində şagirdlər tənəffüs zamanı istirahət edirlər. İstirahət aktiv olmalıdır, çünki monoton, oturaq dərsdən sonra şagirdin əqli və fiziki istirahətə ehtiyacı yaranır. Fasilələr zamanı açıq havada oyunlara icazə verilir. Diqqət yetirilir ki, oyunlar zamanı təhlükəsizlik qaydalarına riayət olunsun, məktəblilər təsadüfən bir-birlərinə xəsarət yetirməsinlər.
SİMURQ Liseyinin ünvanı aşağıdakı 3 filialda yerləşir:
Zabrat: Zabrat-Pirşağı yolu, “Xəzər bağları” yaşayış kompleksi ərazisində yerləşir (Zabrat dairəsini keçdikdə yolun sağında). Əsas yolun kənarındadır.
Xırdalan: Xırdalan şəhəri, “Absheron City” yaşayış kompleksi (H.Əliyev parkı, Bravo marketin arxası)
Xalqlar: Nizami rayonu, Elşən Süleymanov küçəsi, 258 (Baku Medical Plazanın yanı)
SİMURQ Liseyində şagirdlər dərs saatı başlayandan bitənə kimi üzərlərində olan mobil telefon vasitələrini müvafiq şəxslərə təhvil verirlər, dərslər bitəndən sonra telefonlar geri qaytarılır.
Tədris ili Azərbaycan Respublikasının ümumtəhsil qaydalarına əsasən 15 sentyabr-15 iyun olaraq nəzərdə tutulmuşdur. Bir qayda olaraq tətil, bayram və istirahət günləri də eyni qayda ilə nəzərdə tutulur. Tədris proqramının və yükünün özəlliyini nəzərə alınaraq Lisey tərəfindən bəzi dəyişikliklər edilə bilər.
SİMURQ Liseyində hər bir şagirdin dərslikləri, dərs vəsait və ləvazimatları, geyimi və digər şəxsi əşyaları saxlamaq üçün fərdi dolabları mövcuddur.
SİMURQ Liseyində hər bir sinif beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bunlara: hər bir şagirdin fərdi masa və oturacağı, fərdi dolablar, elektron dərs keçmək üçün proyektor, dərsin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək üçün müşahidə kamerası və s. daxildir.
SİMURQ Liseyində proqram yerli və Beynəlxalq Kembric kurikulumu əsasında tədris olunur. Azərbaycan və rus bölmələrində yerli proqrama paralel olaraq 2 fənn – riyaziyyat və həyat bilgisi ingilis dilində, ingilis dili fənni isə saatlar artıq olmaq şərtilə daha dərindən tədris olunur. İngilis bölməsində isə bütün fənnlər Kembric proqramına uyğun tam ingilis dilində keçirilir.
SİMURQ Liseyində şagirdlərin dərsə gedib-gəlmələri üçün əməkdaşlıq edilən partnyor şirkət tərəfindən servis xidməti təklif olunur. Xidmətin məbləği təhsil haqqına daxil deyildir, tariflər məsafəyə görə müəyyən edilir.