
SİMURQ Liseyinə qəbul imtahanı Riyaziyyat və İngilis dili fənləri əsasında keçirilir. Nəticələr 4 (iş) gün ərzində valideynlərə elan olunur.
Qəbul haqqında məlumat:
- Azərbaycan və Rus bölmələrində məktəbəqər təhsil və 1-8 siniflər üçün qəbul hazırda mövcuddur.
- İngilis bölməsi üçün qəbul yalnız məktəbəqədər təhsil və 1-4 siniflər üçün mövcuddur.
Qeyd edək ki, siniflər üzrə maksimum uşaq sayı 25 nəfərə qədər nəzərdə tutulub.
Dərs saatları haqqında məlumat:
Məktəbdə 2 növbə mövcuddur:
- Səhər növbəsi: 08:00-12:30
- Günorta növbəsi: 13:00-17:30
Dərs müddəti 40 dəqiqə davam edir.
Uzadılmış gün:
- Tam gün – 300 AZN (Qidalanma daxil)
- Qısa gün – 150 AZN (Qidalanma daxil – yüngül qəlyanaltılar)
Dərnəklər haqqında məlumat:
Dərnəklər təhsil haqqına daxildir və məktəb tərəfindən təşkil olunur. Seçimlər hər il siyahı olaraq yenilənir.
Dərnəklərə aşağıdakılar daxildir:
- Şahmat
- İdman (gimnastika, güləş, interaktiv oyunlar)
Əlavə xarici dil haqqında məlumat:
- Azərbaycan bölməsində əlavə xarici dil kimi İngilis və Rus dilləri keçirilir.
- Rus bölməsində Azərbaycan və İngilis dilləri fənn olaraq keçirilir.
- İngilis bölməsində əlavə xarici dil kimi rus dili keçirilir (4-cü sinfə qədər). Azərbaycan dili fənn olaraq keçirilir. 5-ci sinifdən etibarən, Alman və ya Fransız dilləri tədris olunur.
Qeydiyyat haqqında məlumat:
Valideynlər qeydiyyat üçün onlayn şəkildə və ya zəng edərək (+994 12 491 30 30) müraciət edə bilərlər. Qeydiyyatdan keçdikdən sonra şagird imtahana dəvət olunur.
Attestat haqqında məlumat:
İngilis bölməsində İkili diplom layihəsi mövcuddur: Beynəlxalq A-level diplomu və yerli attestat (Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən).