SİMURQ Liseyinə qəbul

Hazırda qəbul prosesi ilə bağlı dövlət portallarında hər hansı bir qeydiyyata və ya yerdəyişməyə ehtiyac yoxdur. Valideynlər müqavilə imzalandıqdan sonra SİMURQ Liseyinin məsul şəxsləri tərəfindən qeydiyyat işlərinin aparılması ilə bağlı məlumatlandırılacaqlar.

Hazırda qəbul aşağıdakı siniflər üzrə aparılır:

Azərbaycan və Rus bölmələri üzrə:

İngilis bölməsi üzrə:

Liseyə qəbul prosesi:

  • Məktəbəqədər və 1-ci siniflər üzrə qəbul psixoloqla görüş və ibtidai sinif müəllimi ilə akademik yönümlü müsahibə əsasında aparılır.
  • Bölmədən asılı olmayaraq, 2-9 siniflərə qəbul test imtahanlarının nəticələrinə (Riyaziyyat və İngilis dili) əsaslanır. Azərbaycan və rus bölmələri üzrə 8-9 siniflərə qəbul imtahanında əlavə olaraq Ana dili fənnindən imtahan keçiriləcəkdir.

SİMURQ Liseyində tədris:

  • Azərbaycan, Rus və İngilis dillərində aparılır.
  • SİMURQ Liseyində İngilis bölməsi tamamilə Kembric kurikulumu əsasında ingilis dilində təşkil edilir.
  • Azərbaycan və Rus bölmələri üzrə tədris müvafiq olaraq yerli kurikulum əsasında aparılır. Əlavə olaraq, İngilis dili, Riyaziyyat və Təbiət fənləri ingiliscə, Kembric kurikulumu əsasında tədris edilir.

Qeydiyyatdan keçmək üçün onlayn müraciət formanı doldura bilərsiniz və yaxud qaynar xəttə zəng edərək (+994 12 491 30 30) qeydiyyatdan keçə bilərsiniz.